Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də reabilitasiya olunmuş mədən ərazilərində yay mövsümü ilə əlaqədar mövcud olan yaşıllıq zolaqlarına, əkilmiş ağac və bəzək kollarına aqrotexniki xidmətlərin göstərilməsi işləridir.
Hazırda Torpaqların Rekultivasiya Departamentinin (TRD) kollektivi bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər yüksək perspektivlərdən xəbər verir və ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir. Bu məqsədlə, tədbirlər planına uyğun olaraq cəmiyyətin TRD-nin təcrübəli mütəxəssisləri tərəfindən xidmət göstərdikləri SOCAR-ın Qaz Emalı Zavodunun istehsalat sahəsi, “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-lərin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrində mövsümü işlər aparılır. Ümumilikdə 96031 ədəd müxtəlif növ ağacların, bəzək kollarının və güllərin dibləri boşaldılır, alaq otlardan təmizlənir, mexaniki və damcı üsulları ilə suvarma işləri aparılır. Lazım olan üzvi və mineral gübrələrlə təmin edilərək aqrotexniki xidmətlər göstərilir. Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən “Ekol Mühəndislik Xidmətləri” QSC bu sahələri fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur.
tarix : 30.08.2017
|