ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin İnzibati Təsərrüfat şöbəsinin kollektivi xidmət sahələrində aparılan cari təmir və abadlaşdırma işlərində yaxından iştirak edirlər.

      QSC-nin əsas fəaliyyət sahələri ilə yanaşı, xidmət sahələrində əsaslı təmir, yenidənqurma və abadlaşdırma işlərinə də xüsusi diqqət yetirilir. Bu məqsədlə xidmət sahələrindəki inzibati, məişət və yardımçı binalarda mütəmadi olaraq təmir işləri aparılır. Ərazilərin abadlaşdırılması, yaşıllaşdırılması, bəzək və gül kollarına, müxtəlif növ ağaclara, şitillərə qulluq edilməsi ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir.

      Bu tədbirlərin həyata keçirilməsində İnzibati Təsərrüfat şöbəsinin kollektivinin əməyi xüsusilə təqdirə layiqdir. Ötən aylarda olduğu kimi 2017-ci ilin avqust ayında da İnzibati Təsərrüfat şöbəsinin əməkçiləri QSC-nin baş ofisində, Tullantıların Emalı Departamentinin 3,4,5,6-cı sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) yerləşən xidmət sahələrində təmir-tikinti, abadlıq və yaşıllaşdırma işlərini keyfiyyətlə yerinə yetirmişlər.
      Belə ki, İnzibati Təsərrüfat şöbəsi QSC-nin xidmət sahələrinin yaşıllaşdırılmasına da xüsusi önəm vermişdir. Odur ki, yaşıllıq sahələrinin genişləndirilməsi, mövcud yaşıllıqlara, 2500-ə qədər bəzək və gül kollarına, 1320-ə qədər müxtəlif ağac növlərinə, şitillərə aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində əsaslı işlər görmüşlər.
      Bununla yanaşı, İnzibati Təsərrüfat şöbəsinin xarrat sexində Torpaqların Rekultivasiya Departamentinin sifarişinə əsasən ağacların küləkdən qorunması üçün 800-ə yaxın dayaqlar hazırlanmışdır.
      Hazırda bu şöbənin kollektivi xidmət sahələrinin təmir-tikinti, abadlıq və yaşıllaşdırılması sahəsində məqsədyönlü fəaliyyətlərini davam etdirir.
 
 
 
 
 

                                                

tarix : 12.09.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.