ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Elektromexanika sexinin kollektivi vəzifə öhdəliklərini layiqincə yerinə yetirir.

      Ötən aylarda olduğu kimi avqust ayı 2017-ci ildə də Elektromexanika sexinin kollektivi QSC-nin istehsalat sahələrində istismarda olan qurğu və avadanlıqlara peşəkarlıqla xidmət göstərmişlər.

     Kollektivin işgüzar səyi nəticəsində təmizləyici, ötürücü, emal qurğularında vaxtaşırı cari və əsaslı təmir işləri aparılmışdır. Bu da təmizləmə və emal proseslərinin kəmiyyət və keyfiyyətinə öz müsbət təsirini göstərmişdir.
     Bununla yanaşı sex tərəfindən TED-nin 6-cı sahəsində (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sıradan çıxmış kommunikasiya və flotator nasosxanasına gələn hava xətləri yenisi ilə əvəz edilmiş, sahədə fəaliyyət göstərən 36 və 37 saylı nasosların elektrik idarəetmə sistemləri yararsız vəziyyətə düşdüyündən yenidən plastik qoruyucu qutulara yığılaraq istismara verilmişdir.
      Cari ayda görülən təmir işləri ilə yanaşı sahədə yerləşən mərkəzləşdirilmiş istilik və soyutma sistemində təmir işləri görmüşlər.
TED-nin 4-cü sahəsinin üçüncü təmizləmə sistemində yerləşən mərkəzdənqaçma nasosu əsaslı təmir edilmiş, texnoloji proseslər zamanı yararsız hala düşmüş çənlərin çıxış xətləri yenisi ilə əvəz edilmiş və sahədə operatorların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iş otaqlarında cari təmir işləri aparılmışdır. 
      Elektromexanika sexinin peşəkar mütəxəssisləri tərəfindən QSC-nin istehsalat sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.  
 
 
 
 
 
 

                 

tarix : 22.09.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.