ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində payız mövsümü işlərinə start verilmişdir.

      SOCAR-ın neft-qaz sənayesi sahələrində ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində uğurlu nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlər sırasında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin gördüyü işlər payız mövsümü ilə əlaqədar xidmət sahələrində reabilitasiya olunmuş ərazilərdə mövcud olan yaşıllıq zolaqlarına, əkilmiş ağac və bəzək kollarına aqrotexniki xidmətlərin göstərilməsi, yeni yaşıllıq zolaqlarının salınması, ağacların əkilməsi və onların inkişaf etdirilməsindən ibarətdir.

      Hazırda QSC-nin Torpaqların Rekultivasiya Departamentinin kollektivi payız mövsümünün gəlişi ilə əlaqədar SOCAR-ın Qaz Emalı Zavodunun, “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin, “Abşeronneft” NQÇİ-nin, H.Z.Tağıyev adına NQÇİ-nin reabilitasiya olunmuş  mədən ərazilərində ümumilikdə 55,69 ha sahədə 96031 ədəd müxtəlif növ ağaclara, bəzək kollarına, güllərə, yeni salınmış və mövcud olan yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir, mövsümü işlər aparırlar.
      Mövsümü işlərlə yanaşı qışa hazırlıq məqsədilə sahələrdəki inzibati, məişət və yardımçı binalarda, həyətyanı sahələrdə cari və əsaslı təmir işləri görülməyə başlanmışdır.
      Hazırda ərazilərdə yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərin mühafizəsi istiqamətində tədbirlər davam etdirilir.

 
 
 
 
 
 
 

                                                

tarix : 03.10.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.