ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi 2017-ci ilin III rübünü uğurla başa vurmuşdur.

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexi 2017-ci ilin III rübündə üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirərək rübü uğurla başa vurmuşdur. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini vermişdir.

     2017-ci ilin III rübü ərzində Nəqliyyat sexi tərəfindən təmin edilmiş nəqliyyat vasitələri və xüsusi təyinatlı texnikalar vasitəsi ilə SOCAR-ın Ekologiya İdarəsindən  690 m3 axıntı çirkab suları, “Suraxanı OYL Opereyşn” Kompani S.A şirkətinin mədən ərazilərindən 5894 m3 mədən axıntı suları, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma İdarəsinin ərazisindən 846 m3 , “Bibiheybət” Gəmi Təmiri  Zavodundan 76 m3 axıntı çirkab sularının daşınması işləri həyata keçirilmişdir.
     Həmçinin  su daşıyan nəqliyyat vasitəsilə QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi) yaşıllıq sahəsinin suvarılmasına 930 m3 , TED-nin Dübəndi sahəsinə 30 m3 , İnzibati binaların ərazisindəki yaşıllıq sahələrinin suvarılması üçün 40 m3 su daşınmışdır.
     TRD-nin 1-ci sahəsi üzrə yaşıllıqların suvarılmasına 354 m3 su verilmiş, sahəyə 16 m3 peyin,  ağac və müxtəlif  kollar daşınmışdır. TRD-nin 2-ci sahəsindən 30 m3 çirkab su çəkilmiş, 40 m kanal qazılmış, sahədən 112 m3 tullantı və daş kənarlaşdırılmışdır.
     Qazel avtomobilləri ilə TRD-nin, TED-nin istehsalat sahələrinə və xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə davamlı olaraq mal-materiallar, istehsalat avadanlıqları daşınmışdır.
     Eləcə də TED-nin 4-cü, 5-ci və 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsi) sahələrində fəaliyyət göstərən “Alfa Laval” şirkətinin dekanter qurğusunda iş prosesi nəticəsində formalaşan torpaqlar yükləyici, özüboşaldan  nəqliyyat və texnikaların köməyi vasitəsi ilə xüsusi ərazilərə daşınmışdır.
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xidmət göstərdiyi bütün sahələr üzrə nəqliyyat  və  xüsusi  texnikalar təlabata uyğun təmin edilmişdir.
     III rüb ərzində nəqliyyat vasitələri mövsümü rejimdə işləmələri üçün lazımi ehtiyat hissələri, sürtgü materialları, yol vərəqələri və texniki baxışdan vaxtı-vaxtında keçmələri təmin olunmuşdur. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə  qabaqlayıcı tədbirlər görülmüş, sürücülərə vaxtaşırı təlimlər keçirilmişdir.
     Nəqliyyat sexinin kollektivi qalan rüblərdə də QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin həyata keçirilməsi üçün yüksək səviyyəli texniki xidmətlərin göstərilməsini bir vəzifə olaraq qarşıya məqsəd  qoymuşdur.
 
 
 

 

 

tarix : 16.11.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.