Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində çalışan işçiləri Təlim Tədris və Sertifikatlaşdırma İdarəsində keçdikləri təlimatlandırma kursunda iştirak etmiş və sertifikatlar almışlar.
|
24.10.2017-ci il tarixində istehsalat zərurəti ilə əlaqədar olaraq Tullantı Mərkəzində çalışan mühəndislər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən Təlim – Tədris mərkəzinin mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kursunda iştirak etmişlər.
Təlimatlandırma kursunda idarənin kadr hazırlığı təşkili mərkəzinin ixtisaslı
təlimçiləri tərəfindən Tullantı Mərkəzinin “A” və “B” qurğularında çalışan
mühəndislərə “Qapalı sahəyə giriş” mövzusunda keçirilən təlimlərdə Əməyin
mühafizəsi və Təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi, ilk tibbi
yardımın göstərilməsi, yanğın təhlükəsizliyi və elektrik avadanlıqları ilə
davranmaq təhlükəsizliyi haqqında nəzəri biliklər dinləyicilərə
çatdırılmışdır. Təlim kursunun sonunda təlimçilər tərəfindən test
imtahanları təşkil olunmuş, təlimdə iştirak etmiş Tullantı Mərkəzinin
mühəndisləri imtahanı uğurla vermişlər. Təlim proqramının yekunu olaraq
təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.
tarix : 04.12.2017
|
|
|
|
|
|
|