ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC qış mövsümünə ciddi hazırlaşır
 “Ekol Mühəndislik Xidmətləri” QSC-də hər il olduğu kimi, bu il də qış mövsümünə yüksək səviyyədə hazırlıq işləri gedir. 2017-2018-ci il qış mövsümündə QSC-nin istehsalat sahələrinin fasiləsiz fəaliyyətini, obyektlərin və inzibati binaların qışa hazırlığını, işçilərin iş şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə, müvafiq “Tədbirlər Planı” təsdiq edilmiş və operativ olaraq icrasına başlanmışdır. 

 Qış mövsümünə hazırlıqla əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq, donmanın və itkilərin qarşısını almaq məqsədilə istehsalat sahələrində 400 metrdən çox buxar və su boru xətlərində izolyasiya işləri yerinə yetirilmişdir. Cəmiyyətin Tullantıların Emalı Departamentinin (TED) 3,4,5,6-cı sahələrində 152 ədəd siyirtmə izolyasiya edilmişdir. Yeraltı su tutumları çirkabdan təmizlənmişdir. TED-nin 3-cü və 4-cü sahələrindəki (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) məişət binalarında 203,4 m2  dam örtükləri, 6-cı sahədəki 1 saylı istilik dəyişdiricisinin üz qatı dəyişdirilmiş, Ümumilikdə bütün sahələr üzrə əsaslı cari təmir-bərpa işləri yerinə yetirilmişdir.
 Qış mövsümünə hazırlıqla əlaqədar, QSC-nin Nəqliyyat sexində də müvafiq işlər həyata keçirilmişdir. Texniki təhlükəsizlik təlimatlarına uyğun olaraq, nəqliyyat vasitələrinin qiş mövsümünə uyğun olaraq texniki baxışdan keçirilmişdir. Nəqliyyat vasitələri üzərində zərurui sazlama işləri aparılmışdır. “Tədbirlər Planı”na uyğun olaraq Elektromexanika sexinin işçiləri tərəfindən cəmiyyət üzrə bütün sahələrin elektrik və istilik təsərrüfatlarında profilaktiki təmir işləri yerinə yetirilmiş, tam işlək vəziyyətə gətirilmişdir. İstehsalatda çalışan bütün işçilər qış geyimləri ilə təmin olunmuş və qış şəraitinin iş rejimi ilə  təlimatlandırılmışlar.
 Qış mövsümünü mütəşəkkil keçirmək məqsədi ilə QSC-nin yaşıllaşdırma sahələrində də məqsədyönlü işlər həyata keçirilmişdir. Ağaclarda budama işləri vaxtında başa çatdırılmış, sahələrə gübrələr verilmiş və don vurmanın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülmüşdür.
 Qış mövsümünə hazırlıqla əlaqədar, “Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bu mövsümün yüksək səviyyədə keçirməsinə zəmanət yaradır. 

 




tarix : 05.12.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.