Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmişlər
|
12 dekabr Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. Hər il, 12 dekabrda xalqımız bu dahi insanın əziz xatirəsini böyük ehtiramla yad edir, təntənəli anım mərasimləri keçirirlər.
Bu il də Heydər Əliyevin vəfatının 14-cü ildönümü
ilə əlaqədar dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və
ictimaiyyətin nümayəndələri Ümummilli Liderin Fəxri Xiyabandakı məzarını
ziyarət etmiş, anım mərasimləri təşkil etmişlər. “Ekol Mühəndislik Xidmətləri”
QSC kollektivinin nümayəndələri də SOCAR-ın çoxminli kollektivi ilə birlikdə
anım mərasimində iştirak edərək Ümummilli Liderin abidəsi önünə tər çiçəklər
düzmüş və onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Heydər Əliyevin Azərbaycan xalqının tarixində böyük
rolu olub. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ölkəmizi fəlakətdən
xilas edib və bununla da Azərbaycanın dövlət müstəqilliyinin qorunub
saxlanması həyata keçirilib. Dünya miqyasında müstəqil Azərbaycandan danışanda
həmişə onun qurucusu Heydər Əliyev anılır və adı uca tutulur.
Ümummilli Lider Heydər Əliyevin xatirəsi Azərbaycan
xalqının qəlbində əbədi yaşayacaqdır.
tarix : 12.12.2017
|
|
|
|
|
|
|