ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 5-ci sahəsində trikanter və separator sistemli qurğuları “Pieralisi” şirkətinin və yerli mütəxəssislər tərəfindən təmir edilərək istismara buraxılmışdır.
     Tullantıların emalı və zərərsizləşdirilməsi sahəsində nanotexnologiyaların tətbiq edilməsi və texnoloji proseslərin ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi məqsədilə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri tərəfindən əməliyyat sahələrində fəaliyyət göstərən qurğularda mütəmadi olaraq zəruri təmir işləri həyata keçirilir.

   Bu işlərin vaxtlı-vaxtında həyata keçirilməsi qurğuların istismar müddətini artırmaqla texnoloji proseslərin keyfiyyətini yaxşılaşdırır və bu da ətraf mühitin mühafizəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
     Tədbirlər planı çərçivəsində görülən işlərdən biri də TED-nin 5-ci (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahəsində fəaliyyət göstərən “Pieralisi” şirkətinin trikanter və separator qurğularının saz vəziyyətdə işləməsidir.
Hazırda həmin qurğularda yaranmış nasazlıqların aradan qaldırılması üçün  qurğularda çalışan və “Pieralisi MAİP” şirkətindən dəvət olunmuş mütəxəssislər tərəfidən təmir işləri aparılmışdır.
     Belə ki, trikanter qurğusunun əsaslı formada texniki baxişdan keçirilməsi, yeyilmiş və sıradan çıxmış bütün ehtiyyat hissələrinin dəyişdirilməsi və sazlanması işləri uğurla həyata keçirilmişdir.
     Sonda trikanter qurğusuna norma göstəricilərinə əsasən neftşlam məhsulu nəql edilərək yoxlanılmış və qurğu istismara buraxılmışdır.
     “Ekol Mühəndislik Xidmətləri” QSC-də təmizləyici qurğuların çöküntülərdən təmizlənməsi və praktiki təmir işləri mütəmadi olaraq diqqət mərkəzindədir.




 
 

 
 

              
 

tarix : 14.12.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.