ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin yaşıllaşdırma sahələrində qış mövsümü ilə əlaqədar zəruri tədbirlər davam etdirilir.

      “Ekol Mühəndislik Xidmətləri”  QSC reabilitasiya olunmuş mədən ərazilərində xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsinə,  həmçinin   mövcud  yaşıllıqlara  yüksək səviyyədə aqrotexniki xidmətlərin  göstərilməsinə böyük önəm verir  və bu istiqamətdə  bir sıra zəruri tədbirlər həyata keçirir.

    Hazırda qış mövsümü ilə əlaqədar olaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində, "Azneft" İB-nin "BibiHeybətneft", "Abşeronneft"  və H.Z. Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində  98 min 981 ədəd müxtəlif növ ağac və bəzək  kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir.  Bununla yanaşı  QSC, "Azneft" İB  NQÇİ-nin mədən ərazilərində yaşıllıq sahələrinin  genişləndirilməsi məqsədilə  yeni sahələrdə müxtəlif növ ağacların  əkilməsini təmin edir.
      Qış mövsümü  ilə əlaqədar digər sahələrdə olduğu kimi, "Azneft" İB-nin "BibiHeybətneft" NQÇİ-nin ərazisində də  zəruri işlər yerinə yetirilir. Ərazidə olan 57 min 34 ədəd müxtəlif növ ağac, bəzək kollarına və istixanada əkilmiş 13 min ədəd şitilə QSC-nin Torpaqların  Rekultivasiyası Departamentinin  yaşıllaşdırma üzrə 2-ci sahəsinin işçiləri və mütəxəssisləri yüksək səviyyədə qulluq edirlər.
       Yaşıllaşdırma sahəsinin işçilərinin göstərdiyi yüksək  səviyyəli  aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı üsulu və suvarma yolu ilə suvarılması bitkilərin normal inkişafını təmin etmişdir. Hazırda digər sahələrdə olduğu kimi qış mövsümü ilə əlaqədar SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif  növ ağac və bəzək kollarına yüksək səviyyədə xidmətlər göstərilir, budama işləri aparılır.
       Bu ilin yaz, yay, payız  mövsümlərində olduğu kimi qış mövsümündə də sahələrdəki bütün növ ağac və bəzək kollarına aqrotexniki xidmət göstərilmiş, lazım  üzvi və mineral gübrələrlə təchiz edilmişdir.  Suvarma və budama işləri aparılmışdır.
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.










tarix : 26.12.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.