ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 3-cü, 4-cü, 5-ci və 6-cı sahələrində qış mövsümü ilə əlaqədar işlər davam etdirilir.

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin TED-nin (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən zəruri işlər tədbirlər planı çərçivəsində, mütəmadi olaraq həyata keçirilir.

   Qış mövsümündə tədbirlər planına uyğun olaraq TED-nin 3-cü, 4-cü, 5-ci və 6-cı sahələrində su və buxar xətlərində, çənlərdə, siyirtmələrdə donmanın qarşısını almaq məqsədilə izolyasiya işləri, eləcə də təmizləyici qurğularda, qazanxanada, nasoslarda, elektrik təsərrüfatlarında profilaktiki təmir işləri yerinə yetirilmişdir.
    TED-nin 3-cü (Parafin təmizləmə) sahəsindəki (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi)  məişət binasının dam örtüyündə cari təmir işləri aparılmış, TED-nin 4 –cü sahəsində istehsalat zərurəti nəticəsində toplanmış şlam ərazisindən kənarlaşdırılmışdır. 
   Görülən tədbirlər çərçivəsində əhəmiyyətli işlərdən biri də TED-nin 6-cı sahəsində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) mexaniki təmizləyici qurğular sisteminə daxil olan çökdürücü göllər yığılmış neftşlam və mexaniki qarışıqlardan təmizlənmiş, 2 saylı qumtutucuda işçilərin təhlükəsizliyini nəzərə alaraq yararsız vəziyyətə düşmüş ayaq altıları yenisi ilə əvəz olunmuşdur. 5-ci sahənin ərazisində 1 saylı qəza anbarında istehsalat zamanı toplanan suyu vaxtında sahədən kənarlaşdırmaq üçün 19 və 20 saylı nasoslara əlavə 200 mm boru xətti birləşdirilmişdir. 
     QSC-nin “Çənlər parkı” adlanan sahədə istifadə olunan 901, 902, 903, 904, 905 və 906 saylı çənlərin eləcə də, istahsalat sahələrindəki bütün ötürücü xətlərdə təyinatına uyğun olaraq rəngləmə işləri həyata keçirilir.
   TED-nin işçiləri tullantıların idarəolunması, xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və keyfiyyətin yaxşılaşdırılması məqsədilə, qurğu və avadanlıqların saz vəziyyətdə işləməsi, həmçinin texnoloji reqlamentə dəqiq əməl olunması sahəsində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirir.









tarix : 04.01.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.