ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Beynəlxalq İdarəetmə Sisteminin siyasətinin tələblərinə əsasən maarifləndirmə keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətini qəbul etdiyi İSO 9001, İSO 14001 və OHSAS 18001 Beynəlxalq İdarəetmə Standartının tələblərinə əsasən qurmuş, bu istiqamətdə davamlı olaraq öz fəaliyyətini həyata keçirir.

Tədbirlər çərçivəsində təsdiq olunmuş qrafikə əsasən 26.01.2018-ci il tarixində QSC-nin Baş ofisində İSO 9001-2015 yeni versiyasına uyğun olaraq “Sənədləşmiş İnformasiyaya Nəzarət” (SİN) mövzusunda maarifləndirmə keçirilmişdir.
Maarifləndirmədə Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, Departament, şöbə rəisləri və sənədləşmə ilə əlaqədar olan işçilər iştirak etmişlər.
SƏTƏM üzrə Baş direktorun müavini çıxış edərək “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO 9001-2015 versiyasının tələblərinin tətbiqi ilə əlaqədar olaraq bir sıra sistem sənədlərinin aktuallaşması, prosedurda beynəlxalq İSO 9001 “Keyfiyyət Menecmenti Sistemi-Tələbləri” (KMST) standartı və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda kargüzarlığın aparılmasına dair” təlimata istinadlar haqqında məlumat verdi.
Daha sonra Ekoloji Monitorinq Departamentinin rəis müavini Natella Şəfiyeva maarifləndirmə ilə bağlı Cəmiyyətdə inteqrəedilmiş menecment sistemlərinin yaxşılaşdırılması, effektiv fəaliyyət üçün tələb edilən Sənədləşdirilmiş İnformasiyanın (Sİ) işlənib hazırlanması, razılaşdırılması, təsdiq edilməsi və onların aktuallığının izlənməsi prosesini tənzimləmək məqsədilə  “Sənədləşmiş İnformasiyaya Nəzarət”(SİN) prosedurunun hazırlanması haqqında geniş məlumat verdi.
Keçirilən maarifləndirmədə ən başlıca məqsəd yeni hazırlanmış “Sənədləşmiş İnformasiyaya Nəzarət” prosedurundakı alqoritmik təsvirlə, həmçinin “Ekol Mühəndislik Xidmətləri” QSC-də Kargüzarlıq və İcraya nəzarətə aid olan mühüm tələblərlə iştirakçıları tanış etmək olmuşdur.
Tədbirin sonunda “Sənədləşmiş İnformasiyaya Nəzarət”(SİN) prosedurunun prezentasiyası keçirilmişdir.





 

tarix : 30.01.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.