ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir
8 Mart Beynəlxalq Qadınlar Gününün  bayram edilməsi 1910-cu ildə, Kopenhagendə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır. Artıq  bir əsrdən artıqdır ki, bütün  dünya ölkələri  8 Mart Beynəlxalq Qadınlar Gününü  sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edirlər.

Azərbaycan  öz müstəqilliyini əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü olmaqla,  bu bayram hər il  respublikamızın hər yerində müəssisə və təşkilatlarda   böyük  təntənə ilə qeyd edilir.
Martın 7-də ənənəvi olaraq “Ekol  Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət  sahələrində də bu əlamətdar gün münasibətilə tədbirlər keçirilmişdir. Tədbirləri çıxış sözü ilə açan cəmiyyətin Baş direktoru Ramil Əliyev və digər natiqlər kollektivin qadın üzvlərini 8 Mart - Beynəlxalq  Qadınlar  günü münasibətilə  təbrik etmiş, respublikamızın ictimai-siyasi həyatında,  dövlət  quruculuğunda və  iqtisadi  inkişafında  qadınların  rolunu  xüsusilə qeyd etmişlər.
Çıxışlarda QSC-nin kollektivinin 20%-ə qədərini təşkil edən qadınların əməyi yüksək  qiymətləndirilmiş,  onlara can sağlığı, uzun ömür, ailə səadəti  və işlərində  müvəffəqiyyətlər arzulanmışdır.
Sonda QSC-nin rəhbərliyi tərəfindən qadın kollektivinin hər bir üzvünə tər çiçəklər və pul mükafatı təqdim olunmuşdur. Tədbirdə iştirak edən kollektivin qadın üzvləri göstərdikləri diqqət və qayğıya görə QSC rəhbərliyinə öz dərin təşəkkürlərini  bildirmişlər.











tarix : 07.03.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.