“Ekol Mühəndislik Xidmətləri” QSC əsas fəaliyyət sahələri ilə yanaşı, ekologiya və mühəndislik xidmətləri sahəsində gənc mütəxəssislərin hazırlanmasına, eləcə də əhalinin ekoloji maariflənməsinə də yaxından dəstək göstərir.
Bununla əlaqədar olaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin IV kurs tələbələri “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 3,5,6-cı sahələrində daxil olan sənaye axıntı sularını təmizləyən təmizləyici qurğuların yerləşdiyi sahələrdə və Kompleks Tədqiqatlar Laboratoriyasında istehsalat təcrübəsi keçəcəklər.
Təcrübə müddətində tələbələrə sənaye axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, QSC-də ətraf mühitin mühafizəsi istiqamətində, eləcə də texnoloji qurğuların iş prinsipləri haqqında nəzəri biliklər tələbələrin nəzərinə çatdırılır.
İstehsalat təcrübəsi müddətində tələbələrlə işlərin aparılmasına rəhbərlik işinin həyata keçirilməsi Ekoloji Monitorinq Departamentinin rəisi təcrübəli mütəxəssis, ekoloq Şahabiddin Albuşova tapşırılmışdır.
Ali təhsil ocaqlarında təhsil alan tələbələrin maarifləndirilməsi, onların elmi biliklərinin istehsalatla əlaqələndirilməsi və gənc nəslin təcrübi biliklərinin artırılması “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə daimi məqsədyönlü tədbirlər keçirilir.