ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ” nə həsr olunmuş tədbir keçirilmişdir
Aprelin 27-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də “Xüsusən həssas təbəqə-gənc işçilərdir” devizi altında “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə QSC-nin rəhbərliyi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər qatılmışlar. QSC-nin Baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, Ekoloji Monitorinq Departamentinin rəis müavini Natella Şəfiyeva, Tullantıların Emalı Departamentinin rəisi Zeynal Babayev, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov tədbirdə çıxış etmişlər.

Qeyd olunmuşdur ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 280 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq insan həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin daha çox aktuallıq kəsb etməsinə səbəb olub və cəmiyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək məqsədilə, Beynəlxalq Əmək Təşkilatı 28 apreli "Ümumdünya Əməyin Mühafizəsi Günü" elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda da "Ümumdünya Əməyin Mühafizəsi Günü" dövlət səviyyəsində qeyd olunur. Hər il yeni mövzuya həsr olunmuş bu günü 2018-ci ildə “Xüsusən həssas təbəqə-gənc işçilərdir” devizi  altında  keçirilməsinə  qərar verilmişdir.
Baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənli öz çıxışında "Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə əlaqədar QSC üzrə həyata keçirilən tədbirlər, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına yönəldilmiş təşkilatı, texniki və sanitar-profilaktiki işlər haqqında geniş məlumat vermiş, bu məsələnin daim diqqət mərkəzində olduğu xüsusilə vurğulamışdır.
Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov öz çıxışında QSC-nin Əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın fəaliyyətindən danışmış, bu sahədə görülən müsbət işlərlə yanaşı mövcud nöqsanlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, “Xüsusən həssas təbəqə-gənc işçilərdir” devizi altında QSC-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu tədbirlərdə də işçilərin iştirakı maksimum dərəcədə təmin ediləcəkdir.
Tədbirin sonunda əməyin mühafizəsi sahəsində göstərdikləri yüksək peşəkarlığa görə, Texniki təhlükəsizlik şöbəsinin rəisi Veysəlov Səbuhi, Tullantıların Emalı Departamentinin növbə rəisi Qasımov Namiq, İnzibati Təsərrüfat şöbəsinin aşpazı Xankişiyeva Zəkiyyə, Elektromexanika sexinin çilingəri  Yağıyev Şərafəddin, Tullantı Mərkəzinin təmizləyicisi Abdulrzayev İlqar QSC rəhbərliyinin “Təşəkkürnamə”si ilə təltif olunmuşlar.
Tədbirin sonunda “Təşəkkürnamə” alan işçilər onların əməyinə verilən qiymətə, diqqət və qayğıya görə cəmiyyətin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.











tarix : 27.04.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.