ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 28 May – “Respublika günü” münasibətilə tədbir keçirilmişdir.
2018-ci il mayın 25-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 28 May - “Respublika günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə QSC-nin rəhbərliyi, struktur bölmə rəhbərləri, kollektivin üzvləri və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramin Vəlibəyov iştirak etmişlər.
Çıxış sözü ilə tədbiri açıq elan edən Baş direktor Ramil Əliyev tədbir iştirakçılarını salamladı və  28 May - “Respublika günü” münasibətilə təbrik etdi. Sonra, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 28 May - “Respublika günü”nü əks etdirən video çarx nümayiş etdirildi.
Daha sonra Ramil Əliyev çıxışını davam etdirərək Şərqdə ilk demokratik müsəlman respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik əzmini nümayiş etdirməsi, siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olduğu, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında eləcə də ölkə rəhbəri cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasəti nəticəsində müstəqilliyimiz daha da möhkəmlənərək demokratik, hüquqi və dünyəvi dövlətə çevrildiyi haqda ətraflı danışdı.
Tədbirdə çıxış edən digər natiqlər İqtisadiyyat və Uçot İdarəsinin rəisi Əli Bağış, Baş direktorun məsləhətçisi Kamil Akimov, İctimai - sosial şöbənin mühəndisi Edilman Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə  geniş məlumatlar verdilər, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Müasir Müstəqil Azərbaycanın bundan sonra daha da inkişaf edəcəyi, ərazi bütövlüyümüzün təmin olunacağı, bayrağımızın dünyanın inkişaf etmiş dövlətlərinin bayraqları sırasında daim dalğanacağı haqqında danışdılar.
Tədbirin davamı olaraq söz Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramin Vəlibəyova verildi. O, çıxışında cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ilk dövrlərdə həyata keçirdiyi tədbirlər nəticəsində müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, 70 illik fasilədən sonra 1991-ci ildə SSRİ-nin süqutu və xalqımızın milli azadlıq hərəkatı nəticəsində yaranmış əlverişli tarixi bir şəraitdə Azərbaycan özünün dövlət müstəqilliyinin elan etdiyini və Xalq Cümhuriyyətinin varisi elan olunduğu haqqında ətraflı məlumat verdi. 
Tədbirin sonunda Nizami rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Cəmiyyətin bir qrup işçisi Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının diplom və Fəxri Fərmanları ilə təltif olundular.











tarix : 25.05.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.