ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC 25-ci yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir.
Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı özünün 25 illik yubileyini qeyd edir. 29 may - 1 iyun 2018-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Oil and Gas” sərgisində əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse prezident xanım Mehriban Əliyeva, dövlət rəsmiləri və şirkət rəhbərləri iştirak etmişlər. “Caspian Oil and Gas”  sərgisinin yubileyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi kimi əhəmiyyətli tarixi hadisələrə təsadüf edir. Bu da sərginin statusunun yüksək olmasını bir daha sübut edir. Həmçinin, “Caspian Oil and Gas” Sərgisi və Konfransına Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi dəstəyi olmaqla, “İteca Caspian” və İTE Group şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 40-dan çox ölkəsini təmsil edən 300 şirkət, 15 mindən çox yerli və xarici mütəxəssislərin iştirakı gözlənilir. Sərgidə Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsindəki texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirirlər.
“Ekol Mühəndislik Xidmətləri” QSC yüksək statusa malik 25 illik yubileyini qeyd etdiyimiz bu sərgidə maraqlı stendi ilə iştirak edir. QSC-nin fəaliyyət sahələrini, həyata keçirdiyi ekoloji layihələrin və sosial sahəni əks etdirən stend, elektron məlumatlar və əyani materiallar sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.
Təşkilatçılar və iştirakçılar əmindirlər ki, 25 illik bir dövrü arxada qoymuş bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin vizit kartı, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq.  















tarix : 30.05.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.