ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 5 iyun-“Ümumdünya Ətraf Mühit Günü” ilə əlaqədar tədbir keçirilmişdir
5 iyun – “Ümumdünya Ətraf Mühit Günü”-nün qeyd olunmasına, 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin bu sessiyada Birləşmiş Millətlər Təşkilatının sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır. Hər il bu təşkilat tərəfindən 5 iyun - “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.

Ölkəmizdə də hər il 5 iyun tarixində əlaqədar təşkilatlar tərəfindən “Ümumdünya Ətraf Mühit Günü” qeyd olunur və əhalinin diqqəti bir daha ekoloji problemlərə  cəlb edilir.
Ekoloji yönümlü layihələr və xidmətlər həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC də, hər il olduğu kimi 2018-ci ildə də 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə  “Plastik Tullantılarla Çirklənməyə Qarşı Mübarizə” mövzusunda baş ofisdə toplantı keçirilmişdir. Keçirilən toplantıda QSC-nin Baş direktoru Ramil Əliyev “Ümumdünya Ətraf Mühit Günü” nün yaranma tarixi, əhəmiyyəti, ətraf mühitin qorunması və yaxşılaşdırılmasına  yönələn işlər, dövlət və milli proqramların uğurlu nəticələri haqqında çıxış etmişdir.
Daha sonra çıxış edənlər Ekoloji Monitorinq Departamentinin (EMD) rəisi Şahabiddin Albuşov, EMD-nin rəis müavini Natella Şəfiyeva, Tullantı Mərkəzinin rəisi Orxan Qəndilov və Torpaqların Rekultivasiya Departamentinin rəisi Məmmədəli Həsənov mövzu ətrafında çıxış edərək QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki rolu, ətraf mühitin mühafizəsinə vətəndaş münasibəti, Respublikamızda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, ətraf mühitin plastik qablar və məmulatlarla çirklənməsi, cəmiyyət üçün zərərli olması, bəşəriyyətdə ətraf mühitin çirklənməsi və görülən tədbirlər haqqında məlumat verdilər. Eyni zamanda, Ətraf Mühitin mühafizəsi ilə əlaqədar nümayiş etdirilən video çarx iştirakçılar tərəfindən maraqla izlənmişdir.
Toplantının sonunda Cəmiyyətin 7 nəfər əməkdaşı ətraf mühitin mühafizəsi sahəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşlar.











tarix : 05.06.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.