ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İnteqrə edilmiş Menecment Sistemləri (İMS) üzrə rəhbərliyin təhlili (İSO 9001-2015 maddə 9.3) toplantısı keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC fəaliyyətini ISO 9001-2015, ISO 14001-2015 və OHSAS 18001-2008 Standartlarının tələblərinə uyğun qurmuşdur. Bu da öz növbəsində İMS sənədlərinin aktuallaşdırılmasını, ümumilikdə menecment sistemlərinə yanaşmanın dəyişməsini tələb edir. Standartların yeni versiyası təşkilatın davamlı inkişaf və səmərəliliyinin artırılmasına nail olmaq məqsədi daşıyır.

Standart daxili və xarici tərəflərin maraqlarını diqqətə alır, sistemin qərarının strateji qərar olmasını vurğulayır. ISO 9001-2015 standartının 9.3 maddəsinin tələbinə görə rəhbər İnteqrəedilmiş Menecment Sistemlərinin təhlilini həyata keçirməlidir.
Rəhbərliyin təhlili Cəmiyyət tərəfindən qəbul edilmiş normativ hüquqi tələblərə uyğunluğun lazımi səviyyədə olmasını, davamlılığını təyin etmək və daima yaxşılaşdırmaq fəaliyyətini həyata keçirmək üçün aparılır. 
Rəhbərlik tərəfindən aparılan təhlilin məzmunu və gündəliyi “İMS-nin rəhbərlik tərəfindən təhlili proseduru” nda əks olunur. 
11.06.2018-ci tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-də “İnteqrəedilmiş Menecment Sistemləri” və bu sistemlərə aid proseslərin səmərəliliyinin artırılması məqsədilə ISO 9001-2015 (maddə 9.3) rəhbərliyin təhlili toplantısı keçirilmişdir.
Toplantıda Cəmiyyətin rəhbərliyi və struktur bölmə rəhbərləri iştirak etmişdirlər.
Baş direktor Ramil Əliyev toplantı iştirakçılarını salamlayaraq rəhbərliyin təhlili iclasını açıq elan etdi. Ramil Əliyev “İnteqrəedilmiş Menecment Sistemləri”nin təhlili zamanı daxili və xarici tərəfdaşların maraqlarını diqqətə almağı, fəaliyyətə risk yönümlü yanaşmanı, qəbul edilmiş normativ hüquqi tələblərə uyğun fəaliyyət göstərməyi diqqətə çatdırdı. O, Cəmiyyət üzrə 2018-ci ilin fevral-aprel aylarında keçirilmiş daxili audit zamanı aşkar edilmiş uyğunsuzluqların yerinə yetirilməsi barəsində məlumat üçün sözü SƏTƏM üzrə müavin Eldəniz Həsənliyə verdi.
Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli struktur bölmə rəhbərlərinə verilmiş uyğunsuzluqların yaranma səbəbləri və aradan qaldırılması tədbirləri, uyğunsuzluqların aradan qaldırılması üçün tələb olunan resurs təminatı barəsində çıxış etdi. O öz növbəsində fəaliyyətimizin ISO 9001-2015, ISO 14001-2015, OHSAS 18001-2008 standartlarının tələbləri səviyyəsində  qurulduğunu və xarici auditə hazır olduğumuzu qeyd etdi. 
Daha sonra toplantıda Ekoloji Monitorinq Departamentinin rəis müavini Baş auditor Natella Şəfiyeva İMS-nin fəaliyyəti barədə hesabat verdi. Hesabatda sifarişçi ilə əks əlaqə, müştəri və işçilərin məmnunluq səviyyəsi, reklamasiyalar, daxili auditin və önləyici fəaliyyətlərin nəticələri, əvvəlki toplantıda qəbul edilmiş qərarların icra səviyyəsi barədə məlumat verdi.
Proses sahibləri uyğunsuzluqların aradan qaldırılması və proses kriteriyalarının yerinə yetirilməsi barədə hesabat verdilər.
Müzakirələrin sonunda yerinə yetirilməsi vacib olan rəsmiləşdirilmiş qərar struktur bölmə rəhbərlərinə tanışlıq və icra üçün təqdim edilməsi qəbul edildi.












tarix : 11.06.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.