Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də İnteqrə edilmiş Menecment Sistemləri üzrə keçiriləcək xarici auditin açılış toplantısı keçirilmişdir.
|
3 iyul 2018-ci il tarixində Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçiləri tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanmışdır. Cəmiyyətin baş ofisində keçirilən auditin açılış toplantısında rəhbərlik, departament və şöbə rəisləri, həmçinin TSİ-nun Azərbaycandakı təmsilçisi Gülhanarzu Yüzereroğlu, auditorlar Selim Çelebi, Xatirə Salahova və Namiq Həsənov iştirak etmişlər. QSC-nin Baş direktoru Ramil Əliyev TSİ-nin təmsilçilərini və toplantı iştirakçılarını səmimi salamlayaraq ötən dövr ərzindəki fəaliyyət barədə onlara ətraflı məlumat verdi. Daha sonra Ramil Əliyev bildirdi ki, bu il İSO 9001-2015 “Keyfiyyət İdarəetmə Sistemi” və İSO 14001-2015 “Ətraf mühit İdarəetmə Sistemi” yeni versiyaya keçid, İSO 9001-2015 “Keyfiyyət İdarəetmə Sistemi” və OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi” sertifikat yeniləmə auditi keçiriləcəyini bildirdi.
TSİ-nun Azərbaycan üzrə təmsilçisi Gülhanarzu Yüzereroğlu səmimi qəbula görə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, “Ekol Mühəndislik Xidmətləri” QSC Azərbaycanda İSO 9001, İSO 14001 və OHSAS 18001 BİS-ni qəbul edən və onun tələblərini uğurla həyata keçirən nümunəvi şirkətlərdən biridir. O, Beynəlxalq Standartlar sahəsində QSC-də görülən işlərdən və əvvəlki auditin nəticələrindən razı qaldıqlarını vurğulayaraq, keçiriləcək növbəti xarici auditin də müsbət nəticələrlə başa çatacağına əminliyini bildirmişdir. Baş direktor Ramil Əliyev TSİ-nun təmsilçilərinə uğurlar arzulamış, auditin şəffaf və işgüzar şəraitdə keçirilməsi üçün hərtərəfli şərait yaradıldığını diqqətə çatdırdı. Xarici audit QSC-nin struktur bölmələri əhatə olunmaqla iyul ayının 3-dən 6-dək keçirilməsi nəzərdə tutulmuşdur.
tarix : 03.07.2018
|
|
|
|
|
|
|