ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İnteqrə edilmiş Menecment Sistemləri üzrə keçirilən xarici auditin qapanış toplantısı keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq İdarəetmə Sistemləri (BİS) standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun yoxlanması üzrə Türk Standartları İnstitutunun (TSE) auditorları tərəfindən 03.07.2018-ci il tarixdən başlayan audit, şəffaf və işgüzar şəraitdə keçmiş, 06.07.2018-ci il tarixində başa çatmışdır.

Bununla əlaqədar olaraq, dörd gün davam edən xarici auditin Cəmiyyətin baş ofisində qapanış toplantısı keçirilmişdir. Toplantıda rəhbərlik, departament, sex və şöbə rəisləri, həmçinin TSE-nun Azərbaycandakı təmsilçisi Gülhanarzu Yüzereroğlu, auditor Selim Çelebi iştirak etmişlər. QSC-nin Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli ilk olaraq çıxışında toplantı iştirakçılarını salamlayaraq sözü TSE-nun təmsilçisi Gülhanarzu Yüzereroğluya vermişdir. Təmsilçi öz çıxışında dörd gün ərzində Standartların hər bir maddəsi üzrə yoxlama aparıldığını və fəaliyyətin standartın tələblərinə uyğunluğunu təsdiqləyərək, fəaliyyətimizi yüksək qiymətləndirmişdir. TSE-nun auditorları Cəmiyyətimizin müvafiq struktur bölmələrində olmuş, hər üç standartın tələblərinə yüksək səviyyədə əməl olunduğunu qeyd etmişlər. Toplantının sonunda Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli cəmiyyətin Baş direktoru Ramil Əliyevin TSE təmsilçilərinə və toplantı iştirakçılarına təşəkkür etdiyini çatdırdı.  Baş direktorun istehsalat üzrə müavini - Texniki direktor Məzahir Hüseynov və başqa çıxış edənlər xarici auditin şəffaf şəraitdə keçirilməsinə, dəyərli tövsiyələrinə və göstərdikləri dəstəyə görə TSE təmsilçilərinə öz dərin təşəkkürlərini bildirmişlər. Növbəti illərdə də QSC-nin bütün fəaliyyət sahələrində İSO-9001-2015, İSO-14001-2015 və OHSAS-18001 BİS-nin tələblərinə yüksək səviyyədə əməl olacağını TSE təmsilçilərinin diqqətinə çatdırmışlar.
Bununla da TSE təmsilçilərinin QSC-də dörd gün ərzində keçirdikləri xarici auditin nəticələrinə həsr olunmuş qapanış toplantısı başa çatmışdır.  












tarix : 06.07.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.