ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin TED-in 6-cı sahəsindəki çökdürücü göllərdə və nefttutucularda təmizlənmə işləri aparılır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına NEZ-nun (9-cu sahəsi) Tullantıların Emalı Departamentin (TED) 6-cı sahəsinə texnoloji proseslər nəticəsində daxil olan sənaye-çirkab sularını norma həddinə qədər təmizlənməsi və təkrar NEZ-in istifadəsinə verilməsidir.

Sənaye-çirkab sularının müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. 
Vaxtaşırı olaraq mexaniki təmizləmə qurğularının ayrı-ayrı hissələri çöküntülərdən təmizlənir və profilaktiki təmir işləri yerinə yetirilir.
Cari ilin iyun ayında mexaniki təmizləmə qurğuları sisteminə daxil olan 1, 2, 3 saylı nefttutucular çöküntülərdən təmizlənərək istismara verilmiş və digər neftutucularda təmizlənmə işləri davam etdirilir. Bu qurğularda görülən işlər nəticəsində sənaye-çirkab sularının təmizlənmə keyfiyyəti xeyli dərəcədə yaxşılaşmışdır ki, bu da ətraf mühitə öz müsbət təsirini göstərir.
  Belə ki, görülən tədbirlər çərçivəsində əhəmiyyətli işlərdən biri də TED-nin   6-cı sahəsində (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi) fəaliyyət göstərən mexaniki təmizləyici qurğular sisteminə daxil olan çökdürücü göllərində təmizlənmə işlərinin aparılmasıdır. Hazırda 1-ci çökdürücü göldə yığılan mexaniki qarışıq, neftşlam təmizlənərək emal üçün “Alfa Laval” şirkətinin dekanter qurğusunun qəbul hovuzuna ötürülür və emal edilir. Bu da öz növbəsində H.Əliyev adına NEZ-dan daxil olan sənaye-çirkab sularının təmizlənməsinin keyfiyyətini xeyli yaxşılaşdırmışdır.
Təmizləyici qurğuların çöküntülərdən təmizlənməsi və profilaktiki təmir işləri digər çökdürücü göllərdə və nefttutucularda da mütəmadi olaraq yerinə yetiriləcəkdir.









tarix : 11.07.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.