Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində yay mövsümü işləri davam etdirilir.
|
Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də reabilitasiya olunmuş mədən ərazilərində, o cümlədən inzibati binaların ətrafında yay mövsümü ilə əlaqədar mövcud olan yaşıllıq zolaqlarına, əkilmiş ağac və bəzək kollarına aqrotexniki xidmətlərin göstərilməsi işləri davam etdirilir.
Hazırda Torpaqların Rekultivasiya Departamentinin (TRD), İnzibati Təsərrüfat şöbəsinin kollektivi bu istiqamətdə gördüyü işlər yüksək perspektivlərdən xəbər verir və ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir. Bu məqsədlə, tədbirlər planına uyğun olaraq cəmiyyətin TRD-nin təcrübəli mütəxəssisləri tərəfindən xidmət göstərdikləri SOCAR-ın Qaz Emalı Zavodunun istehsalat sahələrində, “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-lərin reabilitasiya olunmuş mədən ərazilərində, TRD-nin inzibati binasının ətrafında (A-4 Zığ sahəsi) və O.Vəliyev 1 ünvanında yerləşən (H. Əliyev adına NEZ-nun 9-cu sahəsi) yaşıllıq sahələrində mövsümü işlər aparılır. Ümumilikdə mədən ərazilərində 108860, QSC-nin inzibati binalarının ərazilərində isə 8423 ədəd müxtəlif növ ağacların, bəzək kollarının və güllərin dibləri boşaldılır, alaq otlardan təmizlənir, mexaniki və damcı üsulları ilə suvarma işləri aparılır. Lazım olan üzvi və mineral gübrələrlə təmin edilərək aqrotexniki xidmətlər göstərilir. Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən “Ekol Mühəndislik Xidmətləri” QSC bu sahələri fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur.
tarix : 31.08.2018
|
|
|
|
|
|
|