Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin və ailə üzvlərinin yay istirahətləri başa çatmışdır
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin və ailə üzvlərinin sosial müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili daim rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin diqqətində olan önəmli məsələlərdən biridir. Bütün bunlar əmək kollektiv müqaviləsində öz əksini tapmış və müqavilə şərtlərinə uyğun olaraq məqsədli tədbirlər həyata keçirilmişdir.
Ötən illərdə olduğu kimi 2018-ci ildə də QSC-nin işçilərinin və ailə üzvlərinin yay istirahətləri respublikamızın səfalı guşələrindən olan Nabran istirahət zonasında yerləşən “Mayak”, “Elay” və “Palma”, İsmayıllı rayon ərazisində yerləşən “Şahbulaq”, Qusar rayon ərazisində yerləşən “Qusar göl”, “Park Qusar”, Lerik rayon ərzisində yerləşən “Meşəbəyi”, Lənkaran rayon ərzisində yerləşən “Palıdlı” istirahət mərkəzində təşkil olunmuş və iyul ayından başlayaraq bu tədbirə start verilmişdir. Bu istirahət mərkəzlərində 64 nəfər işçinin ailə üzvləri 2, 5 və 10 günlük istirahətdə olmuşlar. Bunlarla yanaşı “Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan 72 nəfər işçilərin sağlamlıqlarının qorunması məqsədi ilə respublikamızda yerləşən “Bilgəh”, “Abşeron”, “Naftalan”, “Günəşli” və “Şıx” müalicəvi kurort sanatoriyalarında təyinatları üzrə müalicələri təşkil edilmişdir. Bununla da 01.09.2018- ci il tarixindən etibarən QSC-də çalışan işçilərin və onların ailə üzvlərinin yay mövsümündə istirahətləri başa çatmışdır. Mövsümün sonunda istirahətdə olan işçilər istirahətlərinin yüksək səviyyədə təşkili üçün rəhbərlik və Həmkarlar İttifaqı Komitəsinə öz minnətdarlıqlarını bildirmişlər.
tarix : 04.09.2018
|
|
|
|
|
|
|