Çempionatda ikinci oyununu keçirən “Ekol” fasiləyə hesabda üstün yollansa da, ikinci hissənin gedişində Xəzər Cənub komandasının tarazlıq yaratmasına mane ola bilmədi.
Çox gərgin idman mübarizə şəraitində keçən oyunda sona 2 dəqiqə qalmış 5 nömrəli oyunçu Sərxan Məstiyev “Ekol”a 3 xalı qazandıran qələbə topunu rəqib qapısından keçirmişdir. “Xəzər Cənub” – “Ekol” – 3:4.
Komandamız ardıcıl iki qələbə qazanaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlmişdir.
Gələcək oyunlarda komandamıza uğurlar arzulayırıq.