Torpaqların Rekultivasiyası Departamenti 1-ci və 2 -ci sahəsinin əməkçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər, yaşıllıq sahələrinin damcı və mexaniki üsulla suvarılması bitkilərin normal inkişafını təmin edir.
Bütün bunlarla yanaşı “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində quraşdırılmış istixanada yetişdirilən çoxsaylı müxtəlif növ ağac tinglərinə Departamentinin yaşıllaşdırma üzrə 2-ci sahəsinin işçiləri tərəfindən yüksək səviyyədə qulluq edilir.
Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ərazilərində payız mövsümü ilə əlaqədar yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.