Tədbiri giriş sözü ilə açan YAP “Ekol” ərazi ilk partiya təşkilatının sədri Ramil Əliyev qonaqları və tədbir iştirakçılarını salamladı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin davamı olaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixinə aid video çarxa baxıldı.
Sonra söz YAP Nizami rayon təşkilatının sədri, millət vəkili xanım Sədaqət Vəliyevaya verildi. Sədaqət Vəliyeva Yeni Azərbaycan Partiyanın 26 illiyi münasibətilə siyasi həmfikirlərinə səmimi arzularını bildirdi və ötən dövr ərzində YAP-nın fəaliyyəti barədə geniş məlumat verərək, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin, əbədiliyinin sarsılmazlığının daimi olacağını vurğuladı.
Sədaqət Vəliyeva daha sonra YAP-nın ölkəmizin daxili və xarici siyasətində, iqtisadiyyatımızın dinamik inkişafında və bütövlükdə bütün sahələr üzrə əvəzsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı və qeyd etdi ki, möhtərəm Prezidentimiz, YAP-nın sədri İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik Respublikamız surətlə inkişaf edir və partiyanın nüfuzu günü-gündən artmaqdadır. Məhz bunun nəticəsidir ki, bu gün YAP-nın sıralarında 850 mindən çox ziyalı və sağlam düşüncəli insanları birləşdirmişdir.
Daha sonra YAP “Ekol” ərazi ilk partiya təşkilatının sədri Ramil Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının zamanın tələblərindən irəli gəldiyini qeyd etdi və ölkəmizin əldə etdiyi uğurların məhz bu partiya və onun qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı olduğunu vurğuladı. YAP “Ekol” ərazi ilk partiya təşkilatının sədri daha sonra bildirdi ki, YAP-nın yaranmasından sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyi üçün yaranmış təhlükələrin çox qısa zamanda aradan qaldırılması kimi şərəfli bir tarixə malikdir.
Sonra çıxış edən natiqlər Baş direktorun məsləhətçisi Kamil Akimov YAP-nın yaranmasının 26 illiyi münasibətilə öz siyasi həmfikirlərinə gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı və Heydər Əliyev ideyalarının əzmlə həyata keçirilməsi, dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi yolunda Yeni Azərbaycan Partiyasının ətrafında daha da sıx birləşməyə çağırdı.
İclasda YAP sıralarına yeni qəbul olunmuş QSC-nin bir qrup işçilərinə üzvlük vəsiqələri və Nizami rayon ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir neçə YAP üzvlərinə “Fəxri Fərman”lar təqdim edilmişdir. Bununla da YAP Nizami rayon “Ekol” ilk ərazi partiya təşkilatının növbəti iclası başa çatmışdır.