Bununla əlaqədar olaraq, QSC ilə MODERN HOSPİTAL klinikası arasında müvafiq müqavilə imzalanmış və bu müqaviləyə əsasən işçi personalı ildə bir dəfə bu klinikada tibbi müayinədən (Check Up) keçirilir. Eyni zamanda, QSC-nin Meqa Sığorta Şirkəti ilə bağladığı müqaviləyə əsasən işçilər tibbi sığorta ilə də təmin olunmuşlar.
Ənənəvi olaraq 2018-ci ilin oktyabr ayının 1-dən QSC-də çalışan işçilərin MODERN HOSPİTAL-da növbəti tibbi müayinəsinə başlanılmış və noyabr ayının 20-dək olan müddət ərzində 525 işçi personalı tibbi müayinədən keçmişdir. Tibbi müayinədən keçmiş işçilər zəruri hallarda MODERN HOSPİTAL-da, o cümlədən respublikamızda fəaliyyət göstərən bir çox müasir klinikalarda ödənişsiz müalicə kursları alır və lazımı dərman preparatları ilə təmin edilirlər.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin sağlamlığının qorunması, iş şəraitlərinin yaxşılaşdırılması və sosial problemlərinin həlli növbəti illərdə də davam etdiriləcəkdir.