Futzal üzrə Azərbaycan çempionatının 12-ci turunda “Ekol” FK ilə “Liman” FK qarşılaşmışlar.
05.12.2018-ci il tarixində “Bakı İdman Sarayı”nda baş tutan qarşılaşma 20:0 hesabı ilə “Ekol” FK xeyrinə başa çatmışdır. Bu turdan sonra komandamız turnir cədvəlinin 2-ci pilləsinə yüksəlmişdir. Futzal üzrə Azərbaycan çempionatının 13-cü turunda mərkəzi oyunlardan biri “Neftçi” İK İB ilə “Ekol” FK qarşılaşması olacaq. Komandamıza növbəti oyunlarda da uğurlar arzulayırıq.
tarix : 10.12.2018
|