Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmişlər
|
12 dekabr Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxıb. Hər il, 12 dekabrda xalqımız bu dahi insanın əziz xatirəsini böyük ehtiramla yad edir, təntənəli anım mərasimləri keçirirlər.
Bu il də Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Ümummilli Liderin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, anım mərasimləri təşkil etmişlər. “Ekol Mühəndislik Xidmətləri” QSC kollektivinin nümayəndələri, SOCAR rəhbərliyi və çoxminli kollektivi ilə birlikdə anım mərasimində iştirak edərək Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzmüş və əziz xatirəsini yad etmişlər. Heydər Əliyevin Azərbaycan xalqının tarixində böyük rolu olub. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ölkəmizi fəlakətdən xilas edib və bununla da Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması həyata keçirilib. Dünya miqyasında müstəqil Azərbaycandan danışanda həmişə onun qurucusu Heydər Əliyev anılır və adı uca tutulur. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
tarix : 12.12.2018
|
|
|
|
|
|
|