ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Tullantıların Emalı Departamentinin xidmət sahələrində profilaktiki təmir və sazlama işləri yüksək templə davam etdirilir
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Tullantıların  Emalı  Departamentinin (TED) 3-cü, 4-cü, 5-ci və 6-cı  sahələri (Heydər Əliyev adına   NEZ-nun 9-cu sahənin ərazisi) demək olar ki, qışa tam hazırdır. Qış mövsümündə  hava şəraitindən asılı olmayaraq  tullantıların keyfiyyətlə  idarə edilməsi, texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və  baş verə biləcək qəzaların qarşısının alınması üçün TED-də “qışa hazırlıq tədbirlər planı” çərçivəsində   profilaktiki təmir və  sazlama işləri yüksək templə davam etdirilir. 

Bu məqsədlə, neftşlamın zərərsizləşdirilməsi və təmizləyici qurğularda profilaktiki  təmir  və sazlama işləri yerinə yetirilir, qəzaların qarşısının alınması üçün əlavə yardımçı boru xətləri  quraşdırılır. Şaxtalı və qarlı hava şəraitində işçi heyətin təhlükəsizliyinin təmin olunması məqsədilə nefttutucuların və göllərin üzərindəki metal şəbəkələr yenisi ilə əvəz olunur. Sahələrdə  ötürücü boru xətlərinin, siyirtmələrinin izolyasiyası, təmiri, rənglənməsi işləri  başa çatdırılmışdır.
TED-nin xidmət sahələrində “qışa hazırlıq tədbirlər planı”  ilə əlaqədar görülən işlər, qış  mövsümündə ekstremal hava şəraitində belə tullantıların keyfiyyətlə idarə olunmasına və texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsinə əsaslı zəmin yaradır.














tarix : 20.12.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.