ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC - nin yaşıllaşdırma sahələrində qış mövsümü ilə əlaqədar zəruri işlər yüksək səviyyədə yerinə yetirilmişdir.
SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi layihələrdən biri də, SOCAR-ın “Azneft” İB-nin NQÇİ-lərinin və Qaz Emalı Zavodunun reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.

Hazırda qış mövsümü ilə əlaqədar olaraq havaların soyuq keçməsinə baxmayaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) SOCAR-ın “Azneft” İB-nin “BibiHeybətneft”, “Abşeronneft” və H.Z. Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində və Qaz Emalı Zavodunun ərazisində ümumilikdə 108 min 860 ədəd müxtəlif növ ağac və bəzək  kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir.  Bununla yanaşı  QSC,  “Azneft” İB NQÇİ-lərin mədən ərazilərində yaşıllıqların genişləndirilməsi məqsədilə, sahələrdə müxtəlif növ ağacların  əkilməsini təmin edir.
TRD-nin 1-ci və 2-ci sahələrin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı suvarma  sistemi ilə suvarılması nəticəsində  bitkilərin normal inkişafı təmin edilmişdir. Hazırda “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin (Pirallahı) mədən ərazilərində 35 min 500 ədəd, “Azneft” İB-nin H.Z. Tağıyev NQÇİ-nin Qala ərazisində 4 min 420 ədəd, “Azneft” İB-nin “BibiHeybətneft”  NQÇİ-nin ərazisində olan 57 min 63 ədəd müxtəlif növ ağac və bəzək kollarına, 320 m2 istixanada 13 min 200 ədəd ağac tinglərinə, Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif  növ həmişəyaşıl ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.
TRD-nin xidmət göstərdiyi sahələrdə görülən işlərlə eyni zamanda "Ekol Mühəndislik Xidmətləri" QSC daxili imkanlar hesabına O.Vəliyev 1 ünvanında fəaliyyət göstərən istehsalat sahələrində qış mövsümü ilə əlaqədar 2550 ədəd müxtəlif növ ağac, 1600 ədəd bəzək kolları və 1000 ədəd ştillərə İnzibati Təsərrüfat Şöbəsinin təcrübəli bağbanları və işçi heyəti tərəfindən yüksək səviyyədə qulluq göstərilir.
Bütün bunlarla yanaşı qış mövsümündə hava şəraitinin soyuq keçməsini nəzərə alaraq işçilər tərəfindən soyuğa davamsız palma və digər ağac növləri salafan örtüklərlə bağlanılır, sahələrdə yeni qazonların salınması üçün işlər aparılır. 
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi sahələrdə yaşıllıq zolaqlarının genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.















tarix : 27.12.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.