ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Elektromexanika sexi sahələrdə yüksək səviyyəli texniki xidmətlər göstərmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də sənaye çirkab sularının təmizlənməsinin, neftşlamın emalı və zərərsizləşdirilməsinin, eləcə də parafinin təmizlənməsinin kəmiyyət və keyfiyyət göstəriciləri  istifadə etdiyi mexaniki və avtomatlaşdırılmış qurğuların, mexanizmlərin fasiləsiz və saz vəziyyətdə işləməsindən xeyli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq, QSC-nin istehsalat sahələrində istismarda olan qurğu və mexanizmlərin fasiləsiz iş rejiminin təmin olunması üçün Elektromexanika sexinin kollektivi  təmir, texniki nəzarət və profilaktika işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsini  peşəkarlıqla həyata keçirirlər.

Elektromexanika sexinin kollektivi mütəmadi olaraq QSC-nin istehsalat sahələrində kompleks tədbirlər həyata keçirmiş, təmizləyici, ötürücü və emal qurğularında cari və əsaslı təmir işlərinin aparılmasını və əlavə kommunikasiya xətlərinin çəkilişlərini  keyfiyyətlə yerinə yetirmişlər.   Qışa hazırlıq Tədbirlər Planı ilə əlaqədar QSC-nin istilik sistemlərində və elektrik təsərrüfatında təmir və profilaktika işləri  vaxtında görülüb başa çatdırılmışdır.   
Belə ki, TED-nin 5-ci sahəsində “Alfa-Laval” şirkətinin dekanter, “Pieralisi” şirkətinin trikanter  və FOX-15 separator qurğularında istismar zamanı sıradan çıxmış detal, hissələr yenisi ilə əvəz olunmuş və qurğulara vurulan hava təzyiqinin gücləndirilməsi üçün yeni kompressor quraşdırılmış, istilik kameraları vaxtı-vaxtında açılmış, hissələri yuyulmuş, araqatları təmizlənmiş və istismara buraxılmışdır.
TED-nin 5, 6-cı sahələrdə olan 52, 55 və 30 saylı yarımstansiyalara gələn yüksək gərginlikli elektrik xətləri, transformatorlar təftiş olunmuş, mexaniki üsulla təmizlənmiş, 100 mm-lik neftşlam boru xəttinin korroziyaya uğramış hissələri yenisi ilə əvəz olunmuşdur.
QSC-nin Elektromexanika sexi  istehsalatda texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi məqsədilə tədbirlərin görülməsi istiqamətində fəaliyyətini davam etdirir.















tarix : 04.01.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.