ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti fəaliyyətini uğurla davam etdirir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər xidmətləri həyata keçirmişdir.

Müvafiq müqaviləyə əsasən EMD tərəfindən SOCAR-ın "Kompleks Qazma İşləri" Tresti və Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operatinq Company LTD" Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat sahələrində dövrü ekoloji monitorinq işləri aparılmışdır. Monitorinq işləri əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Monitorinq zamanı müşahidə materialları ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə müəssisələrə müvafiq təkliflər verilmişdir. Yerinə yetirilən ekoloji monitorinq işləri  zamanı müəssisələrdə formalaşan axıntı sulardan nümunələr götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunmuşdur. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir. Müşahidə məlumatları əsasında Səyyar monitorinq xidməti tərəfindən hesabat hazırlanaraq “Sifarişçi” təşkilatlara təqdim edilmişdir.  EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi tərəfindən ekoloji normativ-texniki sənədlər işlənib hazırlanmış və müvafiq qaydada təsdiq olunaraq sifarişçilərə təhvil  verilmişdir.
EMD-nin  Kompleks  Tədqiqatlar   Laboratoriyasında  (KTL) nümunələr üzərində kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmış, neftşlamın zərəsizləşdirilməsi, sənaye axıntı suyunun və neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə təqdim olunmuş bir sıra reagentlər tətbiq edilməklə laborator sınaqları aparılmış və müvafiq hesabatlar tərtib edilmişdir. KTL-da istifadə edilən cihaz və avadanlıqlar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-sınaq Mərkəzi tərəfindən növbəti yoxlamadan keçirilmişdir.
Belə ki, EMD-nin mütəxəssisləri tərəfindən Tullantıların Emalı Departamentinin 5-ci və 6-cı sahələrində  fəaliyyət göstərən qurğuların iş prosesi zamanı, giriş və çıxışlarından nümunələr götürülərək kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün struktur bölmələrini əhatə edilməklə, İnteqrə edilmiş menecment sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) daxili auditi keçirilmiş, İSO 9001- 2015 və  İSO 14001-2015 Sertifikatların yeni versiyaları alınmış, OHSAS 18001 Sertifikatı isə yenilənmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində formalaşan tullantı növlər çeşidlənərək xidmət göstərdiyimiz SOCAR-ın  Ekologiya İdarəsinin Tullantıların İdarəedilməsi Mərkəzinə təhvil verilmişdir.
Ekoloji Monitorinq Departamenti yüksək səviyyəli ekoloji xidmətlərin göstərilməsi və "Sifarişçi" məmnunluğunun əldə olunması istiqamətində fəaliyyətini davam etdirir.















tarix : 16.01.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.