ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi sahələrdə fəaliyyətini uğurla davam etdirir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexinin işçiləri üzərlərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək uğurla həyata keçirirlər. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji yönümlü layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini vermişdir.

Nəqliyyat sexi tərəfindən təmin edilmiş nəqliyyat vasitələri və xüsusi təyinatlı texnikalar ilə “Suraxanı OYL Opereyşn” Kompani S.A şirkətinin mədən ərazilərindən mədən axıntı sularını, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma İdarəsinin ərazisindən, Bibiheybət Gəmi Təmiri zavodunun ərazisindən və SOCAR-ın Ekologiya İdarəsinin ərazisindən axıntı çirkab sularının daşınması işlərini həyata keçirmişdir.
Həmçinin  su daşıyan nəqliyyat vasitəsilə QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi) yaşıllıqların suvarılmasına, TRD   1-ci sahəyə (Pirallahı ərazisi), TED-nin Dübəndi sahəsinə su daşınmışdır.
TRD-nin xidmət göstərdiyi sahələrə torpaq, peyin, ağac daşınmışdır. Sahələrdə müxtəlif ərazilər hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilmişdir.
Nəqliyyat sexinin istifadəsində olan xüsusi texnika və avtokran vasitələri daima istehsalata yönəldilərək müxtəlif təyinatlı işlər görmüşlər, həmçinin qazel avtomobilləri ilə TRD-nin və TED-nin istehsalat sahələrinə, Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzinə davamlı mal-materiallar və istehsalat avadanlıqları daşınmışdır.
Eləcə də TED-nin 3-cü, 4-cü, 5-ci və 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsi) sahələrində “Alfa Laval” şirkətinin dekanter qurğusunda iş prosesi nəticəsində formalaşan torpaqlar yükləyici  və  özüboşaldan  nəqliyyat və texnikaların köməyi ilə xüsusi ərazilərə daşınmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xidmət göstərdiyi bütün sahələr üzrə nəqliyyat vasititələri  və  xüsusi  texnikalar təlabata uyğun işlər yerinə yetirmişlər.















tarix : 24.01.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.