ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC 2018-ci ili uğurla başa vurmuşdur.
Güclü maddi texniki bazaya və peşəkar kadr potensialına malik olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2018-ci ildə “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərini layiqincə yerinə yetirmişdir.

QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) SOCAR-ın "Kompleks Qazma İşləri" Tresti və Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operating Company" LTD-nin Azərbaycan Respublikasındakı filialının, “Carlsberg Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat sahələrində dövrü ekoloji monitorinq aparmışdır. Yerinə yetirilən ekoloji monitorinq zamanı müəssisələrdə formalaşan axıntı su nümunələri götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) təhlil olunmuşdur. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir. Ümumilikdə müşahidə məlumatları və ölçmələr əsasında il ərzində 28 hesabat hazırlanaraq “ Sifarişçi” təşkilatlara təqdim edilmişdir.
2018-ci il ərzində Kompleks Tədqiqatlar Laboratoriyasının mütəxəssisləri tərəfindən Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində fəaliyyət göstərən təmizləyici qurğuların effektivliyinin müəyyən edilməsi məqsədilə qurğuların giriş və çıxışlarından götürülən nümunələrdə pH göstəricisi yoxlanılmış və digər kimyəvi göstəricilər təyin edilmişdir. TED-in 5-ci sahəsində fəaliyyət göstərən “Alfa-Laval” şirkətinin  dekanter, “Pieralisi” şirkətinin trikanter və FOX-15 qurğularının giriş və çıxışlarından iş prosesində nümunələr götürülərək kimyəvi təhlillər aparılmışdır. İl ərzində "Surakhani Oil Operation Company" S.A. şirkətinin mədən ərazilərindən götürülmüş mədən sularının nümunələrinin kimyəvi və fiziki-kimyəvi təhlilləri aparılmışdır. Ümumilikdə  2018-ci il ərzində götürülmüş 672 axıntı suyu, 57 neftşlam və 22 torpaq nümunələri üzərində 3026  təhlil aparılmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas  fəaliyyət sahələrindən biri də sənaye - çirkab axıntı sularının neft məhsullarından, mexaniki qarışıqlardan təmizlənməsi və neftşlamın zərərsizləşdirilməsindən ibarətdir. 2018-ci ildə QSC-nin TED-nin 4-cü və 6-cı sahələrində (H. Əliyev adına NEZ - 9-cu sahəsi) NEZ-dən təmizləyici qurğulara daxil olan 6 milyon 780 min m3 -dən çox sənaye-çirkab suları neft məhsullarından  və mexaniki qarışıqlardan təmizlənmiş, 48 min 039 ton neftşlam emal edilərək zərərsizləşdirilmişdir. Ötən ildə QSC-nin digər “Sifarişçi” təşkilatlarından olan SOCAR-ın  Qaz Emalı Zavodu, Ekologiya İdarəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC-nin Xəzər Dəniz Neft Donanma İdarəsi, “AA-Services” LTD, “AAS-Ekol” MMC “AAS - ATE” MMC, “Surakhanı OYL Operatinq Company S.A”, və s. müəssisələrə TED tərəfindən yüksək səviyyədə xidmət göstərilməklə 26 min 113 m3 yağlı su, 80 ton 56 kq yağlı torpaq, 4 min 229 m3 döşəməaltı-lay axıntı suları, 24 min 814 m3 mədən axıntı suları mexaniki üsulla emal edilərək zərərsizləşdirilmişdir.
2018-ci ildə QSC-nin Torpaqların Rekultivasiya Departamenti (TRD) yaşıllıqlara, bəzək kollarına və müxtəlif növ ağaclara aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirmişdir.  TRD-nin  işçiləri  tərəfindən SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində, “Azneft” İB-nin “Abşeronneft”, “Bibiheybətneft”, H.Z.Tağıyev adına NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərində  ümumilikdə 108 min 860 ədəd müxtəlif növ ağac, bəzək kollarına və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilmiş, suvarma işləri mexaniki, damcı üsulu ilə həyata keçirilmişdir. 
“Ekol Mühəndislik Xidmətləri” QSC-də fəaliyyət göstərən struktur bölmələrdən biri olan Nəqliyyat sexi il ərzində SOCAR-ın Ekologiya İdarəsinin ərazisindən 4908 m3 , “Suraxanı Oyl Operatinq Company S.A.” şirkətinin ərazisindən 20 min 580 m3 mədən axıntı suları, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanması İdarəsinin ərazisindən 3 min 772 m3 və “BibiHeybətneft” Gəmi Təmiri Zavodunun ərazisindən isə 366 m3 çirkab suları xüsusi nəqliyyat vasitələri ilə daşınaraq təmizlənməsi üçün TED-ə təhvil verilmişdir. 
2018-ci ildə QSC-nin istehsalat sahələrində istismarda olan qurğu və mexanizmlərin fasiləsiz iş rejiminin təmin olunması üçün Elektromexanika sexinin kollektivi təmir, texniki nəzarət və profilaktika işlərinin vaxtı-vaxtında yerinə yetirilməsini peşəkarlıqla yerinə yetirmişlər.
Belə ki, 2018-ci ildə xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarəedilməsi Mərkəzində işlər yüksək səviyyədə yerinə yetirilmiş, bu mərkəzə SOCAR-ın idarə və müəssisələrindən daxil olan tullantıları, eləcə də BP şirkətindən daxil olan şlamın emal prosesi həyata keçirilmişdir.
Bütün bunlarla yanaşı cari ildə “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətini İSO 9001:2015, İSO 1400:2015 yeni versiyalarını əldə etməklə və OHSAS 18001 versiyasını yeniləməklə Beynəlxalq Standartlara uyğun olaraq fəaliyyətini davam etdirmişdir.  
Daimi inkişafda olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2019-cu ildə  respublikamızda, xüsusilə də neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması, fəaliyyətinin dünya standartları səviyyəsində qurulması, maddi-texniki bazasının gücləndirilməsi, xarici əlaqələrinin genişləndirilməsi, inkişaf etmiş modern bir şirkət kimi fəaliyyət göstərməsi üçün öz səylərini daha da artıracaqdır.  

















tarix : 05.02.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.