ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində Tullantıların Emalı Departamentinin həyata keçirdiyi işlər.
Tullantıların Emalı Departamentinin bütün istehsalat sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi, təmizləyici və emal qurğularının fasiləsiz iş rejimində işləməsi üçün vaxtlı-vaxtında profilaktiki, cari təmir işləri yerinə yetirilir. Bunları nəzərə alaraq 4 saylı istehsalat sahəsində bir sıra işlər həyata keçirilmişdir, belə ki, həmin sahədə 1-ci mexaniki təmizləmə sisteminin nasosxanasında 2 saylı mərkəzdənqaçma nasosu əsaslı təmir edilərək, boru xətləri yenilənmiş, yoxlamadan keçirilərək istismara buraxılmışdır.

Əhəmiyyətli işlərdən biri də 4 saylı sahədə (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) çökdürücü göllərdə sənaye-çirkab suların, neftşlamın qısa müddətdə təmizlənməsi və təmir işləri aparılaraq istismara verilməsidir.
Hazırda TED-nin 4-cü sahəsindəki 1-ci mexaniki təmizləmə sistemində nefttutucuların və çökdürücü göllərdə istehsalat prosesi nəticəsində formalaşan neftşlam EO 5111 B markalı “Draqlayn” vasitəsi ilə özüboşaldan nəqliyyat vasitələrinə yüklənərək zərərsizləşdirmək məqsədilə emal qurğusunun qəbul hovuzuna boşaldılır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi istehsalat sahələrində ətraf mühitin mühafizəsi qaydalarına ciddi əməl olunmasını qarşılarına məqsəd qoyan TED-nin kollektivi qüvvələrini bu istiqamətdə səfərbər etmişlər.









tarix : 12.02.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.