ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsində keçdikləri təlimatlandırma kurslarını uğurla başa vuraraq sertifikatlar almışlar.
2018-ci il ərzində Tullantıların İdarə Edilməsi Mərkəzində, Ekoloji Monitorinq Departamentində, Elektromexanika sexində, Texniki Təhlükəsizlik şöbəsində, Kargüzarlıq və icraya nəzarət şöbəsində çalışan şöbə rəisləri, mühəndis-texniki işçiləri və elektrik montyorları “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən təşkil edilmiş təlimatlandırma kurslarında iştirak etmişlər.

Bununla əlaqədar, kadr hazırlığı planına uyğun olaraq Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin kadr hazırlığı təşkili mərkəzinin ixtisaslı mütəxəssisləri tərəfindən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin struktur bölmələri üzrə şöbə rəislərinə, mühəndis-texniki işçilərə və elektrik montyorlarına “İlk tibbi yardım” (Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi), “Elektrik montyoru” peşəsi üzrə yenidən hazırlama, İSO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi” Beynəlxalq Standartı maarifləndirmə, İSO 14001:2015 “Ekologiya idarəetmə sistemi” Beynəlxalq Standartları maarifləndirmə, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” Beynəlxalq Standartları maarifləndirmə, “Tullantıların idarəedilməsi”, “Ətraf mühitin mühafizəsi”, “Mühəndis texnoloq” ixtisasına yiyələnmə, İSO/İEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlığı üçün ümumi şərtlər”  Beynəlxalq Standartları maarifləndirmə və “Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis” mövzularında təlim kursları keçirilmişdir.
Təlim kursunun sonunda mütəxəssislər tərəfindən test imtahanları təşkil olunmuşdur. Təlimdə iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri imtahanı uğurla vermişlər.
Təlim proqramın yekunu olaraq iştirakçı mütəxəssislərin hər birinə sertifikatlar təqdim edilmişdir. 

























tarix : 14.02.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.