Bəşər tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 27 il ötməsinə baxmayaraq, bu faciənin ildönümü daha geniş miqyasda qeyd olunur və soyqırım qurbanlarının xatirəsi əziz tutulur.
Hər il olduğu kimi, bu il də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri YAP Nizami rayon təşkilatı ilə birlikdə paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünə qoşularaq Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər. Anım günü ilə əlaqədar, QSC-nin Baş ofisində və istehsalat sahələrində soyqırımı əks etdirən stendlər təşkil edilmişdir.
Tarix sübut etdi ki, bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır.
Xocalı faciəsi xalqımızın böyük dərdi, kədəri, qəmi olmaqla yanaşı, qan yaddaşında öz milli azadlığı uğrunda keçdiyi şərəfli mübarizə yolu kimi qalacaqdır.