Bununla əlaqədar, kadr hazırlığı planına uyğun olaraq Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin kadr hazırlığı təşkili mərkəzinin ixtisaslı mütəxəssisləri tərəfindən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin struktur bölmələri üzrə şöbə rəislərinə, mühəndis-texniki işçilərə, İSO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi” Beynəlxalq Standartı maarifləndirmə, İSO/İEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlığı üçün ümumi şərtlər” Beynəlxalq Standartları maarifləndirmə və “Nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis” mövzularında təlim kursları keçirilmişdir.
Təlim kursunun sonunda mütəxəssislər tərəfindən test imtahanları təşkil olunmuşdur. Təlimdə iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri imtahanı uğurla vermişlər.
Təlim proqramının yekunu olaraq iştirakçı mütəxəssislərin hər birinə sertifikatlar təqdim edilmişdir.