Xidmətlərimiz
|
|
|
|
“Ekol” FK Azərbaycan kubokunun yarımfinalında.
|
Futzal üzrə Azərbaycan kubokunun ¼ final oyunları keçirilmişdir. 30.04.2019-cu il tarixində Bakı İdman sarayında baş tutan futzal üzrə Azərbaycan kubok oyunlarında “Ekol” FK “Araz” komandası ilə qarşılaşmışdır. Qarşılaşmanın gərgin idman mübarizəsi şəraitində keçəcəyi əvvəlcədən hiss olunurdu. Fasiləyə üstün yollanan “Araz” (0:1) ikinci hissədə “Ekol” FK-nın qollar vurmasına mane ola bilmədi. Rəqib komanda 32-ci dəqiqədə bərabərliyi bərpa etsə də oyunun başa çatmasına 44 saniyə qalmış “Ekol” FK-un oyunçusu Çovdarov qarşısı alınmaz zərbə ilə oyunun taleyini həll etdi. Nəticədə “Ekol” FK “Araz” komandası üzərində 5:4 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə qazandı.
Yarımfinalda “Ekol” FK “Neftçi” İK ilə qarşılaşacaqdır. Yarımfinal oyunları mayın 20-də baş tutacaqdır. Bu oyunda da komandamıza uğurlar arzulayırıq.
tarix : 01.05.2019
|
|
|
|
|
|
|