ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ekoloji layihələrin həyata keçirilməsində Nəqliyyat sexinin rolu böyükdür.
Güclü maddi texniki bazaya və peşəkar kadr potensialına malik olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2019-cu ildə “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərini layiqincə yerinə yetirir.

QSC-nin Nəqliyyat sexi SOCAR-ın tabeliyində olan təşkilatların istehsalat sahələrində müxtəlif ekoloji yönümlü layihələr həyata keçirir. Bu layihələrin yerinə yetirilməsində texnoloji qurğuların və xüsusi təyinatlı nəqliyyat vasitələrinin rolu böyükdür. 
Cari ildə “Sifarişçi” təşkilatlardan “Suraxanı Oyl Opereyşn Kompani” Şirkəti ilə bağlanmış müqaviləyə əsasən şirkətin mədən ərazilərində mövcud gölməçələrin qurudulması, neftin hasilatı zamanı formalaşan çirkab və axıntı suların, emal prosesi zamanı formalaşan neftşlamın gün ərzində yığılması və təmizləyici qurğulara daşınması məqsədilə Nəqliyyat sexinin xüsusi təyinatlı avtonəqliyyat vasitələri cəlb olunmuşdur. Həmin xüsusi təyinatlı avtonəqliyyat vasitələri ilə şirkətin NQÇS-nin 1 saylı mədən ərazisindən yığılan neftşlamı və digər tullantıları utilizasiya məqsədilə   NQÇS-nin 3 saylı mədən ərazisindəki xüsusi anbarlara daşınır. 
Görülən işlərin davamı olaraq Nəqliyyat sexinin tabeliyində olan xüsusi təyinatlı nəqliyyat vasitələri ilə müqavilə əsasında xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzindən Tullantıların Emalı Departamentinin (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) 6-cı sahəsinə istehsalat zamanı əmələ gələn çirkab suları və 4-cu sahədə neftşlamın şlam anbarına daxili, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma İdarəsinin və Bibiheybət Gəmi Təmiri zavodunun ərazisindən axıntı çirkab sularının daşınma işlərini yerinə yetirir.
Nəqliyyat sexinin istifadəsində olan xüsusi texnika və avtokran vasitələri daima QSC-nin istehsalat sahələrinə yönəldilərək müxtəlif təyinatlı işlər görürlər.   













tarix : 17.05.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.