ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də “Respublika günü” münasibətilə tədbir keçirilmişdir
Mayın 27-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində, istehsalat sahələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının  101-ci ildönümü və 28 May-“Respublika Günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.

Tədbirdə QSC-nin rəhbərliyi, struktur bölmə rəhbərləri və kollektivin üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edən QSC-nin Baş direktor Ramil Əliyev və digər natiqlər tədbir iştirakçılarını  28 May – “Respublika Günü” münasibətilə təbrik etdikdən sonra qeyd etmişdir ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Milli Şura “İstiqlal Bəyannaməsini” qəbul etdi və istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş, ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai - siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
Tariximizdəki xüsusi roluna diqqət çəkən  digər natiqlər Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, Ekoloji Monitorinq Departamentinin rəisi Şahabiddin Albuşov, Tullantıların Emalı Departamentinin rəisi Zeynal Babayev, İctimai Sosial şöbəsinin mühəndisi Edilman Məmmədov, bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk dövrlərdə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 70 illik fasilədən sonra, 1991-ci ildə SSRİ-nin süqutu və  xalqımızın milli azadlıq hərəkatı nəticəsində yaranmış əlverişli tarixi  bir şəraitdə  Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi və Ümummilli Liderimiz Heydər Əliyevin Xalq Cümhuriyyətinin varisi elan olundu. Bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyimiz daha da möhkəmlənərək demokratik, hüquqi və dünyəvi dövlətə çevrildi.
       Tədbirdə çıxış edənlər xüsusilə vurğuladılar  ki,  bu gün Heydər Əliyev siyasi kursunu layiqli davamçısı,  ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti nəticəsində Azərbaycanın demokratik, hüquqi, dünyəvi bir dövlət kimi əldə etdiyi bütün uğurlar  məhz dövlət müstəqilliyimizin bəhrəsidir. Bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası bütün sahələrdə böyük sürətlə inkişaf edir və regionun ən inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir.
    Daha sonra tədbirdə Ekoloji Monitorinq Departamentinin rəis müavini Natella Şəfiyeva, Tullantıların Emalı Departamentinin 4-cü sahəsinin rəisi Siyavuş Əhmədov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının   uğurlu daxili və xarici siyasəti nəticəsində  respublikamız  bundan  sonra  daha da inkişaf edəcək, ərazi bütövlüyümüz təmin olunacaq, bayrağımız dünyanın inkişaf etmiş dövlətlərinin   bayraqları sırasında daim  dalğalanacaq və Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.














 

tarix : 27.05.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.