Ekoloji yönümlü layihələr və xidmətlər həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC də, hər il olduğu kimi 04.06.2019-cu il tarixində 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə “Hava çirklənməsi” mövzusunda baş ofisdə toplantı keçirilmişdir. Keçirilən toplantıda QSC-nin Baş direktoru Ramil Əliyev “Ümumdünya Ətraf Mühit Günü” nün yaranma tarixi, əhəmiyyəti, ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər, dövlət və milli proqramların uğurlu nəticələri haqqında çıxış etmişdir.
Daha sonra çıxış edənlər Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, Ekoloji Monitorinq Departamentinin (EMD) rəisi Şahabiddin Albuşov və Torpaqların Rekultivasiya Departamentinin (TRD) rəisi Məhəmmədəli Həsənov mövzu ətrafında çıxış edərək QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki rolu, ətraf mühitin mühafizəsinə vətəndaş münasibəti, Respublikamızda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, havanın çirklənməsinin, cəmiyyət üçün zərərli olması, bəşəriyyətdə ətraf mühitin çirklənməsi və görülən tədbirlər haqqında məlumat verdilər. Eyni zamanda, Ətraf Mühitin mühafizəsi ilə əlaqədar nümayiş etdirilən video çarx iştirakçılar tərəfindən maraqla izlənmişdir.
Toplantının sonunda Cəmiyyətin bir qrup əməkdaşına ətraf mühitin mühafizəsi sahəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşlar.