ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində Norveçin “Equinor” (ex.Statoil) Şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
23.05.2019-cu il tarixində Tullantıların İdarə Edilməsi Mərkəzində Norveçin “Equinor” (ex.Statoil) şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə Tullantıların İdarə Edilməsi Mərkəzinin rəisi Orxan Qəndilov, Mərkəzin rəis müavini Rəşad Rəcəbov, Ekologiya İdarəsinin EÖTİOD-nin rəis müavini Tahir İsmayılov, “Equinor” şirkətinin Ətraf mühit və tullantıların idarə olunması üzrə məsləhətçi Stale Teigen, aparıcı auditor Waldemar Wergeland iştirak etmişlər.
Tanışlıq məqsədilə keçirilən görüşdə Mərkəzin rəisi Orxan Qəndilov qonaqları səmimi salamlayaraq Mərkəz haqqında geniş məlumat vermişdir. O, Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində, kimya sənayesində istehsalat prosesləri zamanı formalaşan bütün növ tullantıların müasir tələblərə uyğun idarə edilməsi, çeşidlənməsi, qeydiyyatı, toplanması, zərərsizləşdirilməsi və utilizasiyası kimi bütöv bir prosesi əhatə etməklə tullantıların idarə edildiyi haqqında məlumat vermişdir.
Həmçinin görüş zamanı Mərkəzin ərazisinə baxış keçirilmiş, Almaniyanın “Econ” şirkətinin istehsalı olan “Vacu Dry” vakuum distillə qurğuları və qazma tullantılarının zərərsizləşdirilməsi prosesi haqqında geniş izahat vermişdir.
Daha sonra “Equinor” şirkətinin mütəxəssisləri ilə birlikdə təcrübə mübadiləsi aparılmış, “Vacu Dry” qurğularına oxşar texnologiyaların mənfi və müsbət cəhətləri müzakirə olunmuşdur. Mərkəzin yerləşdiyi geniş ərazi (34,32 ha), Mərkəzdə yaradılan geniş imkanlar, SOCAR-ın ekoloji siyasətinin “sıfır tullantı” prinsipinin ən qabaqcıl texnologiyalara əsaslanaraq quraşdırılan və istismar olunan “Vacu Dry” qurğuları Norveç mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Sonda qonaqlara Mərkəzdə gözlənilən genişləndirmə işləri, alınacaq yeni qurğular və gələcək planlar barədə məlumat verilmişdir.    


tarix : 10.06.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.