ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir
İyunun 14-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Baş ofisində və  xidmət sahələrində Milli  Qurtuluş  Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü açan “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Baş direktoru Ramil Əliyev Qurtuluş Günü  münasibətilə kollektivi təbrik edərək müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

Sonra həmin illəri əks etdirən videoçarx nümayiş etdirildi. 
Çıxışını davam etdirən Ramil Əliyev qeyd etdi ki, Respublikanın ağır günündə xalqın və hakim dairələrin təkidi ilə iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.  
Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət, həyatını təhlükə altında qoyaraq vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 
      1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi və hər il bu bayram təntənə ilə qeyd olunur.
Ramil Əliyev çıxışında xüsusilə vurğuladı ki, Heydər Əliyevin xalqımızın və tariximizin qarşısındakı ən böyük xidmətləri, kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyimizi və müstəqilliyimizi daimi və əbədi qorunub saxlanmasından ibarət idi.
 Azərbaycan dövləti ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. 
Çıxış edən digər natiqlər Baş direktorun istehsalat üzrə müavini - Texniki direktor Məzahir Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, Tullantıların Emalı Departamentinin 4-cü sahənin rəisi Siyavuş Əhmədov və İctimai-sosial şöbənin mühəndisi Edilman Məmmədov qeyd etdilər ki, Azərbaycan xalqı dövlətçiliyimizin ən çətin dövründə bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin gəlişində görürdülər. Çünki bu yol siyasi sabitliyə, müstəqilliyə və iqtisadi inkişafa aparan yol idi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı,  Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyev cənablarının  həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq, bu gün respublikamız  müstəqillik yolunda mətin addımlarla irəliləyir və qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilmişdir.









tarix : 14.06.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.