Ötən illərdə olduğu kimi 2019-cu ildə də QSC-nin işçilərinin və ailə üzvlərinin yay istirahətləri respublikamızın səfalı guşələrindən olan Nabran istirahət zonasında “Palma”, Qusarda “Qusar göl”, “Park Qusar”, Lerikdə “Meşəbəyi”, Lənkaranda “Palıdlı” , Ağsu rayonunun gəzməli yerlərində təşkil olunmuş və iyul ayından başlayaraq bu tədbirə start verilmişdir. Bu istirahət mərkəzlərində 43 nəfər işçinin ailə üzvləri 5 və 10 günlük istirahətdə olmuşlar.
Bunlarla yanaşı “Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan 61 nəfər işçilərin sağlamlıqlarının qorunması məqsədi ilə respublikamızda yerləşən “Bilgəh”, “Abşeron”, “Naftalan”, “Günəşli” və “Şıx” müalicəvi kurort sanatoriyalarında təyinatları üzrə müalicələri təşkil edilmişdir.
QSC-də çalışan işçilərin və ailə üzvlərinin yay istirahətləri mövsümün sonunadək davam etməklə müalicə, sağlamlıqlarının qorunması daim diqqət mərkəzində olacaq.