ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiyası Departamenti yay mövsümü ilə əlaqədar ekoloji yönümlü layihələrdə işləri uğurla davam etdirir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də neft sənayesi sahələrində çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi və landşaftın bərpasından ibarətdir. Bu işlər əsasən Torpaqların Rekultivasiyası Departamenti (TRD) tərəfindən həyata keçirilir. 

Yay mövsümü ilə əlaqədar hər il olduğu kimi 2019-cu  ildə də Torpaqların Rekultivasiyası Departamentinin işçiləri SOCAR-ın “Azneft” İB-nin NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrində bitkilərə, ağaclara, yaşıllıq zolaqlarına və gül kollarına aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirirlər.
Hazırda TRD SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd, “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində 58 min 763 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində (Pirallahı rayon) 42 min 500 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində (Qala) 4 min 510, ümumilikdə 117 min 650 ədəd müxtəlif növ ağac və bəzək kollarına xidmət göstərir. Payız, qış və yaz mövsümlərində olduğu kimi yay mövsümündə də xidmət göstərilən yaşıllıq sahələrindəki bitkilərə lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin, su təminatı və budama işləri vaxtlı vaxtında aparılır.
QSC-nin xidmət göstərdiyi bütün yaşıllıq sahələrinin bərpası məqsədilə ting ehtiyatının artırılması üçün “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində fəaliyyət göstərən (TRD 2-ci sahə) istixanada akasiya, həmişəyaşıl oleandr, iydə, eldar şamı, sərv, zeytun və sair ağacların toxumları əkilərək aqrotexniki xidmətlər göstərilir və bərpa məqsədi üçün istifadə edilir.












tarix : 14.08.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.