ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri “Ekol Mühəndislik Xidmətləri” QSC-də istehsalat təcrübəsində.
Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq biliklərinin, istehsalat təcrübələrinin artırılaraq onların bacarıqlı bir mütəxəssis kimi formalaşması üçün “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.

“Ekol Mühəndislik Xidmətləri” QSC əsas fəaliyyət sahələri ilə yanaşı, ekologiya və mühəndislik xidmətləri sahəsində gənc mütəxəssislərin hazırlanmasına, eləcə də əhalinin ekoloji maariflənməsinə də yaxından dəstək göstərir. 
Bununla əlaqədar olaraq,  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Bakı filialının kimya fakültəsinin IV-cü kurs tələbələri və professor müəllim heyəti ilə 26.08.2019-cu il tarixdən   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 6-cı sahəsində, Heydər Əliyev adına NEZ-dan daxil olan sənaye axıntı sularını təmizləyən təmizləyici qurğuların yerləşdiyi sahədə istehsalat təcrübəsi keçirlər. 
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) istehsalat ərazisi ilə tanışlıqdan əvvəl təcrübə keçən tələbələrə əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə təlimat keçirilmişdir. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi tərəfindən tələbələrin istehsalat təcrübəsinin müəyyən olunmuş qrafikə uyğun başa çatdırılması üçün bütün tədbirlərin görülməsinə şərait yaradılmışdır.
Təcrübə müddətində  Ekoloji Monitorinq Departamentinin rəisi müavini, təcrübəli mütəxəssis, ekoloq Hafiz Əbilov tələbələrə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyəti haqqında  geniş məlumat vermiş, onları sənaye-axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, eləcə də  texnoloji qurğuların iş prinsipləri ilə yaxından tanış etmişdir. Həmçinin,  tələbələr  neftşlam emal edən “Alfa-Laval” şirkətinin dekanter və “Pieralisi” şirkətinin trikanter qurğularında emal prosesləri ilə yaxından tanış olmuşlar. Onlara  QSC-də  ətraf mühitin mühafizəsi istiqamətində həyata keçiriləcək  yeni layihələr barədə  məlumat verilmişdir. 
Ali təhsil ocaqlarında  təhsil alan  tələbələrin  maarifləndirilməsi, onların elmi biliklərinin istehsalatla əlaqələndirilməsi və  gənc nəslin təcrübi biliklərinin artırılması “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyətinin  əsas  istiqamətlərindən  biridir və bu istiqamətdə daimi məqsədyönlü tədbirlər keçirilir. 













tarix : 29.08.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.