ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC - nin yaşıllaşdırma sahələrində payız mövsümü ilə əlaqədar zəruri işlər yüksək səviyyədə yerinə yetirilir.
SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi layihələrdən biri də, “Azneft” İB NQÇİ-lərin reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.

Hazırda payız mövsümü ilə əlaqədar olaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamenti  SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin  ərazisində 58 min 763 ədəd, “Abşeronneft”  NQÇİ-nin (Pirallahı) ərazisində 42 min 500 ədəd və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində 4 min 510 ədəd  müxtəlif növ ağac, bəzək  kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir.  
Bununla yanaşı cəmiyyətin inzibati binalarının və xidmət göstərdiyimiz Ekologiya İdarəsinin Tullantıların İdarə edilməsi mərkəzinin ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə müxtəlif növ ağacların, bəzək kollarının əkilməsi təmin edilir. Torpaqların Rekultivasiyası Departamenti 1-ci və 2-ci sahəsinin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər, yaşıllıq sahələrinin damcı və mexaniki üsulla suvarılması bitkilərin normal inkişafını təmin edir.
Bütün bunlarla yanaşı  “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində quraşdırılmış istixanada yetişdirilən 21 min 500 ədəd müxtəlif növ ağac və gül kollarına Departamentin yaşıllaşdırma üzrə 2-ci sahəsinin  işçiləri tərəfindən yüksək səviyyədə qulluq edilir.
Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ərazilərində payız mövsümü ilə əlaqədar yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

















tarix : 03.09.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.